Manuel Neuer UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib
9 Aprel 2026 20:00   10 Apr 2026 00:37 Paylaş

Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer azarkeşlərin səsverməsinə əsasən UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

"Stabil.az" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı 1/4 final mərhələsinin "Real" (İspaniya) ilə keçirilən ilk görüşündə (2:1) özünü yaxşı tərəfdən göstərib.

O, matç ərzində 9 seyvlə yadda qalıb.

Qeyd edək ki, qolkiper səsvermədə David Raya ("Arsenal"), Xviça Kvaratsxeliya (PSJ) və Xulian Alvares ("Atletiko") qabaqlayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol