"Mançester Yunayted" Maykl Kerriklə müqaviləni yeniləməyə hazırlaşır
"Mançester Yunayted" klubu müvəqqəti məşqçi Maykl Kerrikin rəhbərliyi altında qazanılan nailiyyətləri nəzərə alaraq, onunla əməkdaşlıq müddətini daha 2 il artırmaq niyyətindədir.
"Stabil.az" xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkə hesabında məlumat paylaşıb.
Mənbənin bildirdiyinə görə, "qırmızı şeytanlar" mütəxəssisə 2029-cu ilə qədər nəzərdə tutulan sözləşmə təklif etməyə hazırdır. 44 yaşlı məşqçi 2026-cı il yanvarın 13-dən komandaya rəhbərlik edir.
Xatırladaq ki, "Mançester Yunayted" hazırda İngiltərə Premyer Liqasında 36 oyundan sonra 65 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





