"Mançester Yunayted" Manu Koneni transfer etmək istəyir
İngiltərənin "Mançester Yunayted" klubu "Roma"nın yarımmüdafiəçisi Manu Koneni heyətinə qatmaq niyyətindədir.
"Stabil.az" xarici mətbuata istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 25 yaşlı yarımmüdafiəçinin transferi üçün onun nümayəndələri ilə danışıqlar aparacaq.
Fransa millisinin üzvünün "Roma" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.
O, ötən mövsüm paytaxt təmsilçisində meydana çıxdığı 37 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





