Mançester Yunayted Karlos Auqustonu transfer etmək istəyir
17 İyul 2026 14:32   Paylaş

İngiltərənin "Mançester Yunayted" klubu İtaliyanın "İnter" komandasında çıxış edən Karlos Auqusto ilə maraqlanır.

"Stabil.az" Britaniya mətbuatına istinadən xəbər verir ki, Milan təmsilçisi 27 yaşlı müdafiəçinin komandadan ayrılmasının əleyhinə deyil.

Lakin ölkə çempionu oyunçunu 25-30 milyon avroya satmağa hazırdır.

Xatırladaq ki, Karlos Auqusto ötən mövsüm bütün turnirlərdə 46 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "İnter"lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol