Mançester Yunaytedin ulduzu Real və Barselonaya təklif edildi
20 May 2026 16:55   Paylaş

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Dioqu Dalo İspaniya təmsilçiləri "Barselona" və "Real"a təklif olunub.

"Stabil.az" "El Nacional" nəşrinə istinadən xəbər verir ki, bu təklif məşhur agent Xorxe Mendeş tərəfindən irəli sürülüb.

Bu transfer klublara 24 milyon avroya başa gələ bilər.

İspaniya nəhəngləri müdafiənin sağ cinahını gücləndirmək niyyətindədir. Kataloniya təmsilçisi Jül Kundenin çıxışından narazıdır, madridlilər isə Dani Karvahalın yerinə başqa futbolçu almağı planlaşdırır.

Xatırladaq ki, 2018-ci ildən "qırmızı şeytanlar"ın heyətində çıxış edən Dioqu Dalonun hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol