Mançester Yunaytedin Ait-Nuri transferi baş tutmayıb
14 Sentyabr 2026 17:20   Paylaş

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Rayan Ait-Nurini "Mançester Yunayted"ə satmaqdan imtina edib.

"Stabil.az" xarici mətbuata istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yay transfer dönəmində 25 yaşlı müdafiəçi üçün qarşı tərəfə müraciət ünvanlayıb.

Lakin "şəhərlilər" rəqibini gücləndirmək istəmədiyi üçün bu təklifi dərhal rədd edib.

Nəticədə əlcəzairli oyunçu komandada qalıb.

Xatırladaq ki, Rayan Ait-Nuri 2025-ci ilin yayında "Vulverhempton"dan "Mançester Yunayted"ə keçib. Onun müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol