"Mançester Siti" Morqan Rocersi transfer etmək istəyir
İngiltərənin "Mançester Siti" klubu "Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocersin transferində maraqlıdır.
"Stabil.az" "TEAMtalk"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun transferi "şəhərlilər" üçün prioritetdir.
Həmçinin İngiltərədən "Arsenal", "Çelsi", Almaniyadan "Bavariya", Fransadan PSJ də oyunçunu heyətinə qatmağa çalışır. "Aston Villa" isə onu komandada saxlamaq niyyətindədir. "Arsenal"ın yarımmüdafiəçi üçün 93 milyon avro ödəməyə hazır olduğu da bildirilib.
Qeyd edək ki, M.Rocers 2024-cü ilin fevralından "Aston Villa"da çıxış edir və müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 55 matçda 14 qol vurub və 12 məhsuldar ötürmə müəllifi olub.
"Transfermarkt" portalı oyunçunun dəyərini 80 milyon avro qiymətləndirir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





