"Mançester Siti" İngiltərə millisinin futbolçusu Elliot Andersonu transfer edib
İngiltərə millisinin futbolçusu Elliot Anderson "Mançester Siti" klubunun heyətinə qoşulub.
"Stabil.az" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi məlumat yayıb.
"Şəhərlilər" 23 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı "Nottinqem Forest"lə razılığa gəlib.
Hazırda İngiltərə millisi ilə dünya çempionatına qatılan oyunçu Kanzasda tibbi müayinədən də keçib. O, İngiltərəyə qayıtdıqdan sonra müqavilə rəsmiləşəcək.
Xatırladaq ki, Elliot Anderson 2024-cü ildən "Nottinqem Forest"də çıxış edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





