Mali, Niger və Burkina-Faso yaraqlılara qarşı birgə əməliyyat aparıb
2 May 2026 09:47   02 May 2026 12:59 Paylaş

Mali, Niger və Burkina-Fasonun silahlı qüvvələri Malinin şimalında yaraqlılara qarşı birgə hərbi əməliyyat keçirib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, üç ölkənin orduları Malidə yaraqlıların mövqelərinə kütləvi hava zərbələri endirib.

Əməliyyatın detalları və itkilərlə bağlı əlavə məlumat verilməyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol