Malavi Prezidenti dövlət başçısı İlham Əliyevi təbrik edib
18 İyun 2026 17:11   Paylaş

Malavi Respublikasının Prezidenti Artur Piter Mutarika Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi Malavi Respublikasının Hökuməti və xalqı adından təbrik etməkdən məmnunam.

Fürsətdən istifadə edərək ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə qarşıdakı illərdə də dərinləşməkdə davam edəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına davamlı firavanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol