Maduro ABŞ məhkəməsinin dayandırılması üçün müraciət edib
27 Fevral 2026 09:43   Paylaş

Venesuela Prezidentinin vəkili prosedur qaydalarının pozulduğunu əsas gətirərək ABŞ məhkəməsinin ləğvini tələb edib.

"Stabil.az"ın məlumatına görə, bu barədə Nyu-Yorkun Cənub Dairəsi Federal Məhkəməsinin məlumat bazasında dərc olunmuş bildirişdə deyilir.

Maduronun vəkili vəsatətdə prosedur qaydaları və ədalətli məhkəmə hüququnu təmin edən ABŞ Konstitusiyasının Altıncı Düzəlişinə aid pozuntulara istinad edib. Qeyd olunur ki, Venesuela hakimiyyəti həmçinin Maduroya vəkilinə pul ödəməyə mane olur. "Əgər məhkəmə bu vəsatət bildirişini rədd etsə, vəkil müvəkkilini təmsil etməkdən imtina niyyətindədir", - sənəddə deyilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol