Macarıstanda seçkilərdə qalib gələn Peter Madyar baş nazir kimi andiçmə tarixini açıqlayıb
17 Aprel 2026 18:49   Paylaş

Macarıstanda parlament seçkilərində qalib gələn “Tisa” partiyasının lideri Peter Madyar bildirib ki, parlamentin ilk sessiyasının yekunlarına dair prezidentin qərarından asılı olaraq mayın 9-da və ya 10-da baş nazir kimi and içəcək.

"Stabil.az" bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

Madyar əvvəlki təcrübədən kənara çıxacağını və parlamentin toplanacağı gün and içəcəyini bildirib.

Aprelin 12-də Macarıstanda keçirilmiş parlament seçkilərinin yekunlarına görə, müxalif partiyası "Tisa" Macarıstanın 199 yerlik parlamentində 138 yer qazanıb. Hakim "Fides" partiyası isə 55 yer alaraq məğlub olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol