Macarıstan neft və yanacaq məhsullarının ixracına məhdudiyyət qoyub
Yaxın Şərqdəki vəziyyət və Avropada qiymət artımı səbəbindən Macarıstan neft, benzin və dizelin ixracını qadağan edib.
"Stabil.az" xəbər verir ki, bu barədə ölkənin milli iqtisadiyyat naziri Marton Nad sosial şəbəkələrdə bildirib.
"Hökumət xam neft, Aİ-95 markalı benzin və dizel yanacağının ixracını qadağan edir və ticarətdə sui-istifadə hallarına qarşı qəti tədbirlər görür", - o qeyd edib.
Onun sözlərinə görə, hökumət neft ehtiyatlarını 45 gün müddətinə sərbəst buraxmaq qərarına gəlib.
Macarıstan hökuməti yanacağın bahalaşmasının qarşısını almaq üçün martın 10-dan benzin və dizelin qiymətini aşağı salıb.
Qiymətlərin dondurulması haqqında qərar Yaxın Şərqdəki eskalasiya və Macarıstana da təsir edən "Drujba" neft kəmərinin fəaliyyətinin dayanması nəticəsində Avropada yanacağın kəskin bahalaşması ilə əlaqədar hökumətin növbədənkənar iclasında qəbul edilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





