Macarıstan Baş naziri: Avropa İttifaqının Rusiya enerji məhdudiyyətinə icazə verməyəcəyik
28 Yanvar 2026 14:28   Paylaş

Macarıstan öz milli maraqlarını müdafiə etmək, xüsusilə Rusiyadan neft və qaz idxalına qoyulan qadağaya qarşı mübarizə aparmaq niyyətindədir.

"Stabil.az" xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban açıqlayıb.

Orban bildirib: “Biz Rusiyadan neft və qaz idxalına qadağa qoyulmasına icazə verməyəcəyik. Əks halda ucuz enerji resursları əlçatan olmayacaq və kommunal xərclər azalmayacaq.”

Baş nazir əlavə edib ki, Budapeşt Ukraynanın qanunları pozaraq iki il ərzində Avropa İttifaqına daxil olmasına da imkan verməyəcək: “Həmçinin Macarıstan Kiyevə pul göndərməyəcək və həmin vəsaiti vətəndaşlarının ehtiyacları üçün istifadə edəcək.”

Xatırladaq ki, yanvarın 26-da Avropa İttifaqı Şurası Rusiya qazının idxalını qadağan edən qaydalar barədə razılığa gəlib. Razılaşmaya əsasən, maye qazın idxalına qadağa 2027-ci ilin əvvəlində, boru kəməri ilə tədarük olunan təbii qazın idxalına qadağa isə 2027-ci ilin payızında qüvvəyə minəcək. Brüssel bildirib ki, bu addım Rusiyanın enerji resurslarından asılılığa son qoymaq məqsədi daşıyır.

Slovakiya və Macarıstan isə Rusiyanın qaz idxalına qoyulan qadağa ilə bağlı Avropa Məhkəməsinə şikayət etməyi planlaşdırır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol