Liviya sahillərində qayıq qəzası: 53 miqrant ölüb və ya itkin düşüb
9 Fevral 2026 15:24   Paylaş

Liviya sahillərində miqrantları daşıyan rezin qayığın aşması nəticəsində iki körpə də daxil olmaqla 53 nəfər ölüb və ya itkin düşüb.

“Stabil.az” xəbər verir ki, bu barədə Miqrasiya üzrə Beynəlxalq Təşkilat məlumat yayıb.

Məlumata görə, göyərtəsində 55 miqrantın olduğu qayıq fevralın 6-da Liviyanın Zuvara şəhərinin şimalında aşıb. Liviya hakimiyyətinin həyata keçirdiyi axtarış-xilasetmə əməliyyatı zamanı iki nigeriyalı qadın xilas edilib.

Miqrasiya üzrə Beynəlxalq Təşkilatın bildirdiyinə görə, yalnız yanvar ayı ərzində Aralıq dənizinin mərkəzi hissəsində ekstremal hava şəraiti fonunda baş verən çoxsaylı gəmi qəzaları nəticəsində azı 375 miqrant ölüb və ya itkin düşüb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol