Liviya sahillərində qayıq qəzası: 50-yə yaxın miqrant itkin düşüb
Liviyanın şərq sahillərində miqrantları daşıyan qayığın qəzaya uğraması nəticəsində 50-yə yaxın şəxsin itkin düşdüyü bildirilir.
"Stabil.az" “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, Avropa istiqamətində üzən qayıqda aralarında uşaq və qadınların da olduğu 60 miqrant var imiş.
Hadisə Liviyanın Bərdəa adası yaxınlığında baş verib. Batanlardan on nəfər xilas olaraq adaya gəlib. Liviya sahil mühafizə qüvvələrinin axtarış-xilasetmə əməliyyatlarını davam etdirdiyi bildirilir.
Xatırladaq ki, ötən ay Liviya sahilləri yaxınlığında qayığın batması nəticəsində 51 miqrant itkin düşmüşdü. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ümumiyyətlə, yanvarın 1-dən mayın 16-dək bu istiqamətdə 800-dən çox miqrant ölümü qeydə alınıb. Ötən il bu yolda ölən və ya itkin düşənlərin sayı 1300 nəfərdən çox olub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





