"Liverpul"un sabiq qapıçısı Adrian peşəkar futbolçu karyerasını bitirir
İngiltərənin “Liverpul” klubunun sabiq qapıçısı Adrian peşəkar futbol karyerasını başa vurur.
"Stabil.az" xəbər verir ki, 39 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında yazıb.
Hazırda İspaniya təmsilçisi "Betis"də çıxış edən təcrübəli oyunçu həftəsonu son matçına çıxacağını vurğulayıb.
Xatırladaq ki, 2024-cü ildən "Betis"in uğurları üçün çalışan Adrian 2019-2024-cü illər aralığında "Liverpul"un formasını geyinib. O, Mersisayd təmsilçisi ilə İngiltərə Premyer Liqasının və UEFA Superkubokunun da qalibi olub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





