“Liverpul” PSJ-nin fransalı futbolçusu Bredli Barkolyanı heyətinə qatmaq istəyir
İngiltərə təmsilçisi "Liverpul" Fransa millisinin və PSJ-nin üzvü Bredli Barkolyanı transfer etməkdə israrlıdır.
"Stabil.az" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, 23 yaşlı cinah hücumçusu hazırda Paris klubu ilə yeni müqavilə imzalanması istiqamətində danışıqlar aparmır. Onun klubla mövcud sözləşməsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Bredli Barkolya Fransanın "Lion" klubunun yetirməsidir. O, 2023-cü ilin avqustunda PSJ-yə transfer olunub. Futbolçunun transfer dəyəri 90 milyon avro qiymətləndirilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





