“Liverpul” Bornmut klubunun yarımmüdafiəçisi Aleks Skottu transfer etmək istəyir
8 İyun 2026 17:39   Paylaş

“Bornmut”un yarımmüdafiəçisi Aleks Skott karyerasını İngiltərə Premyer Liqasının digər klubu “Liverpul”da davam etdirə bilər.

"Stabil.az" "The Sun"a istinadən xəbər verir ki, Liverpul komandasının yeni baş məşqçisi Andoni İraola əvvəllər çalışdırdığı klubdan 22 yaşlı ingiltərəli futbolçunun transferini tələb edir.

Yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 39 matça çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, 2023-cü ildən "Bornmut"da çıxış edən Aleks Skottun dəyəri 50 milyon avro qiymətləndirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol