Livanda hava hücumu: 10 nəfər həlak olub
11 Mart 2026 16:36   Paylaş

İsrailin Livanın şərqindəki Baalbek rayonunda binaya endirdiyi hava zərbəsi nəticəsində 10 nəfər həlak olub.

"Stabil.az" xəbər verir ki, bu barədə Livanın Milli İnformasiya Agentliyi məlumat yayıb.

Bundan başqa, hadisə zamanı 5 nəfər yaralanıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol