Litvanın Baş naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan İnqa Ruqiniene aprelin 9-da Şəhidlər xiyabanında şəhidlərin xatirəsini anıb.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Daha sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Baş nazirə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.



Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





