Litva ordusu irimiqyaslı taktiki təlimlərə start verdi: 300-dən çox texnika hərəkətə keçdi
4 May 2026 15:11   Paylaş

Litvanın şərqindəki Qayjyunay poliqonu daxil olmaqla bir neçə şəhərin ətraf ərazilərində "Gelezinis Vilkas" piyada briqadası tərəfindən 300-dən çox hərbi texnikanın iştirakı ilə genişmiqyaslı taktiki səhra təlimlərinə start verilib.

"Stabil.az" xəbər verir ki, Litva Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərə litvalı hərbçilərlə yanaşı, Almaniyanın rəhbərlik etdiyi NATO Ön Qüvvələri Taborunun döyüş qrupunun polşalı və britaniyalı əsgərləri də qatılacaq. İştirakçıların ümumi sayı 2500-ü keçəcək. Manevrlərdə Litva Hərbi Hava Qüvvələrinin helikopterləri də daxil olmaqla 300-dən çox hərbi texnika iştirak edəcək.

Təlim zamanı hərbçilər Litva müdafiə sənayesinin ən son nailiyyətlərini, xüsusilə də pilotsuz uçuş aparatlarını və müasir dron əleyhinə sistemləri sınaqdan keçirəcəklər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol