Lionel Messi karyerasında 49-cu titulunu qazanıb
Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 49-cu titulunu qazanıb.
"Stabil.az" xəbər verir ki, 39 yaşlı hücumçu ABŞ-nin "İnter Mayami" klubu ilə bu gün "Campeones Cup"a sahib çıxıb.
MLS təmsilçisi finalda Meksikanın "Krus Asul" kollektivini iki cavabsız qolla üstələyib. Qollardan birini Messi vurub.
Xatırladaq ki, Lionel Messinin "İnter Mayami" ilə 2028-ci ilin yayınadək müqaviləsi var. O, 2026 mövsümündə bütün turnirlərdə 27 oyuna 23 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




