Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib
2 İyul 2026 10:20   02 Jul 2026 10:32 Paylaş

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Cümə məscidini ziyarət edib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyeva məsciddə dini ayinlərin icrası və ibadət üçün yaradılmış şəraitlə yaxından tanış olub.

Məscidin imamı bildirib ki, Cümə məscidi 1998-ci ildə istifadəyə verilib. Məsciddə eyni anda 600-ə yaxın şəxs ibadət edə bilər. Azad edilmiş ərazilərdə məscidlərin bərpasının din xadimlərini, ibadət əhlini xüsusilə sevindirdiyini bildirən imam Cümə məscidinin də dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb, ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Ziyarətin sonunda Leyla Əliyevaya “Qurani-Kərim” hədiyyə edilib.

News about - Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib

News about - Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol