Leyla Əliyeva və Alena Əliyeva Qubada Cümə məscidini ziyarət ediblər
25 Fevral 2026 11:25   25 Feb 2026 15:15 Paylaş

Fevralın 24-də Quba rayonuna səfər edən Leyla Əliyeva və Alena Əliyeva şəhərin tarixi-memarlıq əhəmiyyətli Cümə məscidini ziyarət ediblər.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, ziyarət zamanı məscidin imamı Seyran Fərəczadə və məscidin dini icmasının sədri İlqar Bayramov Quba Cümə məscidi barədə ətraflı məlumat verib.

Bildirilib ki, məscid XIX əsrin unikal memarlıq nümunələrindən biri olmaqla bölgənin dini-mədəni həyatında mühüm yer tutur. Məsciddə Quran kursunun fəaliyyət göstərdiyi qeyd olunub. Leyla Əliyeva və Alena Əliyeva həmin otağa da baş çəkiblər.

Sonda Leyla Əliyeva və Alena Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol