Lənkəranda yanğın faciəsi: bir nəfər ölüb
2 Fevral 2026 11:40   Paylaş

Lənkəranda ev yanıb, bir nəfər ölüb.

"Stabil.az" “Report”a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran rayonunun Aşağı Nüvədi kəndində baş verib.

Kənd sakini, 1981-ci il təvəllüdlü Rəfi Firdovsi oğlu Rəhimova məxsus, ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli evdə yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb edilib. Aparılan tədbirlər nəticəsində alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı aparılan kəşfiyyat nəticəsində ev sahibi R.Rəhimovun meyiti aşkar edilib. Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol