Latviya Ukraynaya 6,8 milyon avroluq yardım paketi göndərir
Latviya hökuməti Ukraynaya 6,8 milyon avro məbləğində yeni yardım paketinin təqdim olunmasına qərar verib.
"Stabil.az" xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje sosial şəbəkələrdə məlumat verib.
"6,8 milyon avro həcmində bu yardım paketi Ukraynanın enerji şəbəkəsinin, sığınacaqların, infrastrukturun, sosial və mülki dayanıqlılığının gücləndirilməsinə, həmçinin dronların istifadəsi sahəsində potensialın artırılmasına töhfə verəcək", - o qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




