Latviya Rusiya gəmilərinə qarşı dəniz xidmətləri qadağasını gündəmə gətirdi
2 Fevral 2026 10:59   Paylaş

Latviya Avropa İttifaqına üzv şirkətlərə Rusiya gəmilərinə “dəniz xidmətləri” göstərilməsinin qadağan olunmasını təklif edib.

"Stabil.az" xəbər verir ki, Latviyanın xarici işlər naziri Bayba Braje bu çağırışla “X” sosial şəbəkəsində etdiyi paylaşımda çıxış edib.

Nazir bildirib ki, fevralın 1-dən etibarən Avropa İttifaqında dəniz yolu ilə ixrac olunan Rusiya xam nefti üçün yeni, azaldılmış tavan qiymət qüvvəyə minib.

Qeyd olunub ki, yeni qiymət həddi bir barel üçün 44,10 dollar təşkil edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol