Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib
22 Aprel 2026 10:31   22 Apr 2026 11:13 Paylaş

Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Şəhidlər xiyabanını ziyarət edib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Daha sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Latviya Prezidentinə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

News about - Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib

News about - Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib

News about - Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol