Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib
21 Aprel 2026 22:20   22 Apr 2026 01:56 Paylaş

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs aprelin 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Latviya Prezidenti Edqars Rinkeviçsi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol