Latviya müdafiə naziri Almaniya nümayəndələri ilə strateji tərəfdaşlığı müzakirə edib
3 Fevral 2026 16:48   Paylaş

Latviyanın müdafiə naziri Andris Spruds Almaniya Bundestaqının Müdafiə Komitəsinin nümayəndə heyəti ilə danışıqlar aparıb.

“Stabil.az"ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Latviya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər görüşdə regionda təhlükəsizlik vəziyyətini və iki ölkə arasındakı strateji tərəfdaşlığı müzakirə ediblər. Hər iki tərəf NATO və Avropa İttifaqı çərçivəsində sıx koordinasiyanın davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Andris Spruds bildirib: “Bizim əsas gücümüz birgə hərəkət etmək bacarığımızdır. Bugünkü görüş Latviya və Almaniyanın Avropa təhlükəsizliyi üçün ortaq məsuliyyət daşıyan yaxın müttəfiqlər olduğunu bir daha təsdiqləyir. Biz sərhədlərimizin təhlükəsizliyini gücləndirməyə və silahlı qüvvələrimizin istənilən vəziyyətdə NATO müttəfiqləri ilə qarşılıqlı fəaliyyət göstərmək qabiliyyətini təmin etməyə davam edirik.”



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol