Küveytin neft emalı zavoduna İran dron hücumu edib
3 Aprel 2026 11:20   Paylaş

İran PUA-larının zərbəsi nəticəsində Küveytin Əl-Əhmədi limanı yaxınlığındakı neft emalı zavodunda yanğın başlayıb.

"Stabil.az" xəbər verir ki, bu barədə KUNA agentliyi "Kuwait Petroleum Corporation" dövlət korporasiyasına istinadən məlumat yayıb.

"Əl-Əhmədi limanı yaxınlığında yerləşən NEZ bu gün səhər satlarında PUA hücumuna məruz qalıb. Nəticədə bir neçə yanğın ocağı yaranıb", - məlumatda deyilir.

Bildirilib ki, yanğınsöndürən briqadalar yanğın ocaqlarının lokallaşdırılması üzərində işləyir, zərərçəkən yoxdur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol