Küveyt limanına PUA və raket zərbəsi endirilib
27 Mart 2026 16:10   Paylaş

Bubiyan adasındakı “Mübarək əl-Kəbir” limanı PUA və raket hücumları nəticəsində ziyan görüb.

"Stabil.az" xəbər verir ki, bu barədə Küveytin İctimai İşlər Nazirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, infrastruktur PUA və qanadlı raketlərin hücumuna məruz qalıb, maddi ziyan dəyib, itki yoxdur.

Hakimiyyət orqanlarının məlumatına görə, bu gün səhər saatlarında Küveyt paytaxtının sənaye rayonunda yerləşən Əş-Şüveyh limanı da pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Dəymiş maddi ziyanın məbləği dəqiqləşdirilmir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol