Kuril adaları yaxınlığında 6 bal gücündə zəlzələ baş verib
Rusiyanın Kuril adaları sahillərində 6 maqnitudada zəlzələ qeydə alınıb.
"Stabil.az"ın məlumatanı görə, seysmik hadisə barədə məlumatlar Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin rəsmi saytında dərc olunub.
Bildirilir ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 599 kilometr cənub-qərbdə, Severo-Kurilsk şəhərindən isə 285 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanın ocağı təxminən 55 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində mümkün dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





