Kuril adaları ilə bağlı mitinqdə Yaponiyanın Baş nazirinin iştirakı gözlənilir
Yaponiyanın Baş naziri Sanae Takaiçi hazırda Rusiyanın tərkibində olan Kuril adalarının cənub hissəsi ilə bağlı Tokioda keçirilən ənənəvi “Şimal ərazilərinin qaytarılması üçün milli mitinq”də şəxsən iştirak etməyi planlaşdırır.
“Stabil.az” xəbər verir ki, bu barədə mitinqin təşkilatçıları yerli mediaya məlumat veriblər.
Qeyd olunub ki, Yaponiya hökumətinin 1981-ci ildə qəbul etdiyi qərara əsasən, 1855-ci il fevralın 7-də imzalanmış ilk Rusiya–Yaponiya müqaviləsinin xatirəsinə hər il bu tarixdə “Şimal ərazilərinin qaytarılması üçün milli mitinq”lər təşkil olunur.
Bu nümayişlərdə ənənəvi olaraq hökumət başçısı, nazirlər, parlamentin hər iki palatasını təmsil edən hakim və müxalifət partiyalarının üzvləri, eləcə də cənubi Kuril adalarının keçmiş sakinləri iştirak edirlər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





