Küləkli hava şəraiti ilə əlaqədar “Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
Ölkə ərazisində hava şəraitinin qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
"Stabil.az" bu barədə “Azneft” İB-yə istinadən məlumat verib.
“Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib. Bütün sahələrdə davamlı olaraq məlumatlandırma aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır”,- deyə məlumatda qeyd olunub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





