Krit adasında 5,5 maqnitudalı zəlzələ baş verib
Yunanıstanın Krit adası sahillərində 5,5 maqnitudalı zəlzələ baş verib.
"Stabil.az" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 12 mindən çox əhalisi olan İerapetra şəhərindən 27 kilometr cənub-şərqdə, ocağı isə 17 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





