Kristin Laqard: Dünya iqtisadiyyatı yeni və davamlı risklərlə qarşı-qarşıyadır
24 Yanvar 2026 11:10   24 Jan 2026 11:24 Paylaş

Qlobal iqtisadi göstəricilərlə bağlı bəzi proqnozlar gözləniləndən daha müsbət olsa da, dünya iqtisadiyyatı yeni risklərlə üzləşməkdə davam edir.

"Stabil.az" xəbər verir ki, bu fikirləri Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard Çinin “CGTN” televiziya kanalına müsahibəsində səsləndirib. O, qlobal iqtisadiyyat üçün mövcud təhdidlər sırasında iqlim dəyişikliyini də qeyd edib.

Kristin Laqard bildirib ki, əsas təhlükə geosiyasi parçalanma və insanların iqtisadiyyata olan inamının zəifləməsidir. Onun sözlərinə görə, ikinci mühüm problem süni intellektin təsiri ilə rəqəmsallaşmanın iqtisadiyyatın demək olar ki, bütün sahələrində çox sürətlə irəliləməsidir. Bank rəhbəri vurğulayıb ki, son dövrlərdə nisbətən ikinci plana keçsə də, hələ də aktuallığını saxlayan üçüncü risk iqlim dəyişikliyidir.

O, əlavə edib ki, bu proseslərlə yanaşı, həm hərbi təhlükəsizlik, həm də kibertəhlükəsizliklə bağlı narahatlıqlar artmaqdadır və bu məsələlər bütün istiqamətlər üzrə ön plana çıxır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol