Kriştianu Ronaldunun transfer qiyməti 10 milyon avroya enib
4 İyun 2026 14:44   Paylaş

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştianu Ronaldunun transfer dəyəri 10 milyon avroya enib.

"Stabil.az" "Transfermarkt" portalına istinadən xəbər verir ki, portuqaliyalı ulduz futbolçunun dəyərində əvvəlki ilə müqayisədə 2 milyon avro azalma qeydə alınıb.

Portuqaliya yığmasının və "Əl-Nəsr"in digər oyunçusu Juan Feliksin qiyməti isə 3 milyon avro artaraq 28 milyon avroya çatıb. Səudiyyə Pro Liqasının ən bahalı oyunçusu 30 milyon avro dəyərlə İtaliya millisinin hücumçusu Mateo Reteqidir. Meksikanı dünya çempionatında təmsil edəcək "Əl-Qədisiyyə"nin forvardı Julian Kinonesin dəyəri isə 14 milyon avroya yüksəlib.

Səudiyyə Ərəbistanının digər klubu "Əl-Hilal"ın da bir neçə məşhur futbolçusunun qiymətlərində azalma müşahidə olunur. Teo Ernandeslə Darvin Nunyesin dəyəri 20 milyon avroya, Sergey Milinkoviç-Saviçin qiyməti 12 milyon avroya düşüb. Kollektivin 38 yaşlı fransalı hücumçusu Kərim Benzemanın da qiyməti 1 milyon azalaraq 5 milyon avroya enib.

Qeyd edək ki, Kriştianu Ronaldu və Juan Feliks Portuqaliya yığmasının 2026-cı il dünya çempionatı üçün yekun heyətinə daxil ediliblər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol