Kriştianu Ronaldu Səudiyyə Ərəbistanında tarix yazdı: Əl-Nəsr çempiondur
22 May 2026 09:25   Paylaş

"Əl-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasında 2025/2026-cı illər mövsümünün qalibi olub.

"Stabil.az" xəbər verir ki, komanda mövsümünün sonuncu - XXXIV turunda "Damak"a 4:1 hesabı ilə qalib gələrək çempionluğunu elan edib.

"Əl-Nəsr"in heyətində qolları Sadio Mane, Kinqsli Koman və Kriştianu Ronaldu (2) vurublar. Beləliklə, portuqaliyalı ulduz futbolçu Ronaldu Səudiyyə Ərəbistanında ilk titulunu qazanıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol