Kristian Kivu İnterdə müqaviləsini 2028-ci ilə qədər uzadacaq
25 Fevral 2026 18:32   Paylaş

İtaliyanın "İnter" klubu ilə Kristian Kivu müqaviləsini 2028-ci ilə qədər uzadacaq.

"Stabil.az"ın məlumatına görə, bu barədə insayder Nikolo Şira özünün "X" səhifəsində yazıb.

Rumıniyalı baş məşqçinin anlaşmasına müddətin daha bir il artırılması bəndi də daxil ediləcək. Həmçinin 45 yaşlı mütəxəssisin maaşı da artırılacaq. Kivu 2025-ci ilin iyunundan "qara-göylər"ə rəhbərlik edir.

"İnter" UEFA Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə (1:3, 1:2) görə "Budyo Qlimt" (Norveç) uduzaraq turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, K.Kivu futbolçu karyerası ərzində "İnter", "Roma" (hər ikisi İtaliya) "Ayaks" (Niderland) və ölkəsində "Reşitsa" klublarının formasını geyinib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol