Kriptovalyutaların qiyməti 24 saatda əhəmiyyətli şəkildə azalıb
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas aktivlər üzrə azalma trendi davam edir.
“Stabil.az” CoinMarketCap platformasına istinadən xəbər verir ki, "Bitcoin"in (BTC) qiyməti son 24 saatda 2,82% azalaraq 67 701 dollar səviyyəsinə enib.
Bazarda ikinci ən böyük aktiv olan Ethereum (ETH) isə 4,37% azalaraq 1 976 dollar təşkil edib.
Digər əsas kriptovalyutalar üzrə də mənfi dinamika müşahidə olunur. Belə ki, XRP 24 saat ərzində 3,89% ucuzlaşaraq 1,38 dollar, BNB isə 4,01% ucuzlaşaraq 611 dollar səviyyəsinə düşüb.
Eyni zamanda, Solana (SOL) 4,79% ucuzlaşaraq 82,23 dollar, Dogecoin (DOGE) isə 3,40% enişlə 0,092 dollar olub.
Stabilkoinlərdən Tether (USDT) və USDC isə demək olar ki, dəyişməyərək 1 dollar səviyyəsində qalıb.
Analitiklər kriptovalyuta bazarında müşahidə olunan enişi qlobal maliyyə bazarlarında risk iştahasının zəifləməsi, investorların mənfəət götürməsi və ABŞ-da pul siyasəti ilə bağlı gözləntilərin yenidən sərtləşməsi ilə izah edirlər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





