Kriptovalyuta bazarında artım: "Bitcoin" 62 min dolları keçib
Son 24 saat ərzində kriptovalyuta bazarında müşahidə olunan qiymət artımları fonunda "Bitcoin"in məzənnəsi 62 min dollar həddini aşıb.
"Stabil.az" xəbər verir ki, CoinMarketCap platformasında qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 1,30% artaraq 2,16 trilyon dollara çatıb. CMC20 indeksi isə 1,56% yüksələrək 128,25 bənd olub.
Bazarın ən böyük kriptovalyutası olan Bitcoin son 24 saatda 1,15% bahalaşaraq 62 422,49 dollara yüksəlib.
Bazar kapitallaşmasına görə ikinci yerdə qərarlaşan Ethereum isə son sutkada 2,15% bahalaşaraq 1 753,99 dollardan ticarət olunub.
İlk onluqda yer alan digər kriptovalyutalarda da əsasən müsbət dinamika müşahidə olunub. BNB son sutkada 1,19% bahalaşaraq 568,98 dollara, Zcash 5,36% artaraq 460,01 dollara, Monero 3,05% yüksələrək 327,64 dollara, Bitcoin Cash 1,51% bahalaşaraq 226 dollara, Bittensor isə 0,14% artaraq 214,65 dollara çatıb.
Qeyd edək ki, bazarda müsbət dinamika investorların risk iştahının artması, Ethereum üzrə birjalardan vəsait çıxarılmasının son illərin ən yüksək səviyyəsinə çatması və institusional investorların kriptovalyutalara marağının davam etməsi fonunda müşahidə olunur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




