Kriptolayihələr 2026-cı ildə haker hücumlarından 1,1 milyard dollar itirib
29 İyul 2026 22:37   Paylaş

2026-cı ilin ilk yarısında kriptolayihələr 212 təsdiqlənmiş haker hücumu nəticəsində ümumilikdə 1,1 milyard dollar vəsait itirib.

"Stabil.az"ın məlumatına görə Blockaid-in hesabatında bildirilir ki, bu göstərici 2025-ci il ərzində qeydə alınan oxşar insidentlərin ümumi sayından çoxdur.

Şirkətin hesablamalarına görə, oğurlanmış vəsaitlərin ən böyük hissəsi KXDR-lə əlaqəli hakerlərin payına düşüb. Onların Drift layihəsindən 285 milyon dollar, KelpDAO-dan isə 292 milyon dollar oğurladıqları bildirilir.

Ən böyük itkilər Ethereum şəbəkəsindəki layihələrdə — 332 milyon dollar, Solana şəbəkəsindəki layihələrdə isə 326 milyon dollar təşkil edib. Blockaid ilin ikinci yarısında süni intellekt agentləri ilə əlaqəli hücumların sayının artacağını da gözləyir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol