Kreml: Zelenski görüşmək istəyirsə, Moskva onu qəbul etməyə hazırdır
28 Yanvar 2026 17:33   Paylaş

ABŞ Prezidenti Donald Tramp Rusiyaya Putinlə Zelenski arasında görüşün mümkünlüyünü nəzərdən keçirməyi təklif edib.

"Stabil.az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

Uşakov bildirib ki, Putin dəfələrlə vurğulayıb ki, Zelenski dialoqa açıq olduqda Moskvaya gələ bilər. O əlavə edib ki, potensial görüşlərin konkret müsbət nəticələrə nail olmağa yönəlməsi vacibdir.

“Əgər Zelenski Putinlə görüşməyə hazırdırsa, Rusiya onu Moskvaya dəvət edir və onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır. Rusiya Putinlə Zelenskinin təmasını rədd etmir, lakin görüş yaxşı hazırlıqlı və nəticəyə yönəlmiş olmalıdır. Bu məsələ Rusiya Prezidenti ilə ABŞ Prezidenti Tramp arasında telefon danışıqlarında bir neçə dəfə qaldırılıb”, – deyə Uşakov qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol