Kreml: Rusiya-İran hərbi təlimləri ABŞ-la gərginlikdən əvvəl razılaşdırılıb
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Moskva ilə Tehran arasında keçirilən təlimlər əvvəlcədən planlaşdırılıb və ABŞ-la münasibətlərdəki son gərginliklə əlaqəli deyil. O, eyni zamanda İran ətrafında misli görünməmiş gərginlik yaşandığını vurğulayıb.
"Stabil.az" xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Kreml Yaxın Şərqdəki bütün tərəfləri təmkinli olmağa və diplomatiyadan istifadə etməyə çağırıb.
Kreml rəsmisi Oman körfəzində keçirilən Rusiya-İran hərbi dəniz təlimləri barədə də danışıb. Peskov qeyd edib ki, bu təlimlər ABŞ-ın iştirak etdiyi gərginliyin artmasından əvvəl planlaşdırılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





