Kreml Macarıstanın yeni rəhbərliyini təbrik etməyəcək
Kreml parlament seçkilərinin nəticələrinə əsasən formalaşan Macarıstanın yeni rəhbərliyinə təbrik göndərmək niyyətində deyil.
"Stabil.az" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, “Rusiya Moskvaya qarşı sanksiyaları dəstəkləyən və bu səbəbdən qeyri-dost ölkələr sırasına daxil edilən Macarıstan kimi dövlətlərə təbrik göndərmir”.
Peskov Moskvanın Viktor Orban ilə münasibətlərinin xarakterinə dair jurnalistlərin dəqiqləşdirici sualına cavab olaraq deyib: “Biz onunla dialoq aparmışıq”.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





