Kreml: ABŞ Rusiyanın dondurulmuş aktiv təklifinə hələ cavab verməyib
26 Yanvar 2026 17:30   Paylaş

Kreml hələ ABŞ-ın Rusiyanın dondurulmuş aktivlərdən 1 milyard dolları “Sülh Şurası”na köçürmək təklifinə reaksiyasını eşitməyib.

"Stabil.az" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Moskvanın təklifini “maraqlı fikir” adlandırmasına diqqət çəkib.

Kremlin sözçüsü əlavə edib ki, Rusiyanın bu təklifi əməkdaşlıq üçün yeni üfüqlər açır.

Qeyd edək ki, Putin Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na Rusiyanın ABŞ banklarındakı dondurulmuş vəsaitlərindən 1 milyard dollar ayırmağa hazır olduğunu açıqlayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol