Kral III Çarlz ABŞ Konqresində tarixi çıxış edib
Kral III Çarlz Konqresin hər iki palatasının birgə iclasında ABŞ-Böyük Britaniya ittifaqı və NATO-nun əhəmiyyətini vurğulayıb.
"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, Kral çıxışında müdafiə, kəşfiyyat və təhlükəsizlik sahələrində ABŞ və Böyük Britaniya arasında əlaqələrin uzun illər ərzində formalaşdığını bildirib. Onun sözlərinə görə, bu münasibətlər illərlə deyil, onilliklərlə ölçülən möhkəm təmələ əsaslanır.
Qeyd edək ki, son aylarda ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanı və ölkənin Baş naziri Kir Starmeri tez-tez tənqid edib. Rəsmilər hesab edirlər ki, Kralın bu səfəri müttəfiqlər arasında yaranmış fikir ayrılıqlarının aradan qaldırılmasına kömək edə bilər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





