Kosta-Rika Kubadakı səfirliyini bağlayır
Kosta-Rika Kubadakı səfirliyini bağlamaq qərarına gəlib və Havananı diplomatik münasibətlərin səviyyəsini aşağı salmağa çağırıb.
"Stabil.az" xəbər verir ki, bu barədə “EFE” agentliyi məlumat yayıb.“Kosta-Rikanın Kubadakı səfirliyini bağlamaq qərarına gəldik və Kuba hakimiyyətini oxşar tədbirlər görməyə - akkreditə olunmuş diplomatik heyəti geri çağırmağa və ölkəmizdə yalnız konsulluq missiyasını saxlamağa çağırırıq”, - deyə Kosta-Rikanın xarici işlər naziri Arnoldo Tinoko bildirib.
Vəziyyəti şərh edən Kosta-Rika Prezidenti Rodriqo Çaves Kuba vətəndaşları üçün yaratdığı yaşayış şəraitinə görə Havanada mövcud hakimiyyətinin legitimliyini tanımadıqlarını vurğulayıb.
Kuba Xarici İşlər Nazirliyi isə öz növbəsində Kosta-Rikanın ABŞ-nin təzyiqi altında Havana ilə münasibətləri məhdudlaşdırdığını qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





